Bakı. Trend:
Ekvadorun Quayakil həbsxanasında baş verən qarşıdurmalarda 30-dan çox insan ölüb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, Öölənlərin sayı 31-ə, yaralananların sayı 14-ə çatıb. Daha əvvəl 18 nəfərin öldüyü bildirilib.
Baş Prokurorluq iki cinayət iş açıb, onlardan biri terror faktı ilə bağlı. Ölkə hakimiyyəti həbsxanaya nəzarətin bərpa olunduğunu bildirib.