...

Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb

Dünya xəbərləri Materials 31 İyul 2023 04:32 (UTC +04:00)
Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb

Bakı. Trend:

Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb.

Məlumata görə, hava məkanının bağlanması avqustun 15-dək uzadılıb. İstisna evakuasiya, eləcə də humanitar yardımla həyata keçirilən uçuşlardır.

Respublikada yaranmış vəziyyətlə əlaqədar aprelin 22-dən uçuş məhdudiyyətləri tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti