...

İzmirdə İsveç konsulluğuna silahlı hücum edilib

Dünya xəbərləri Materials 1 Avqust 2023 20:14 (UTC +04:00)
İzmirdə İsveç konsulluğuna silahlı hücum edilib

Bakı. Trend:

Türkiyənin izmir şəhərində yerləşən İsveç Konsulluğuna silahlı hücum edilib.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə İzmir Valiliyi açıqlama yayıb.

“Konsulluğa hücum edən şəxsin əqli qüsurlu olduğu aşkarlanıb. Hücum zamanı bir vətəndaşımız yaralanıb. Hadisəni törədən şəxs cinayət aləti ilə birlikdə saxlanılıb və məsələ ilə bağlı məhkəmə istintaqı başlayıb", - açıqlamada deyilir.

Qeyd edək ki, hücum zamanı yaralanan vətəndaşın vəziyyətinin ağır olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti