...

Pakistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin və yaralananların sayı artıb

Dünya xəbərləri Materials 7 Avqust 2023 03:25 (UTC +04:00)
Pakistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin və yaralananların sayı artıb

Bakı. Trend:

Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a çatıb.

Trend xəbər verir ki, Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın “texniki nasazlıq” və ya “təxribat” nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.

Pakistan mətbuatının yaydığı xəbərə görə, səlahiyyətli qurumlar hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdığını, qəzada 30 nəfərin həyatını itirdiyini, 90-dan çox insanın isə yaralandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti