...

İstanbul şəhərinə iyul ayında 1,87 milyon turist səfər edib

Dünya xəbərləri Materials 30 Avqust 2023 03:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinə iyul ayında 1,87 milyon turist səfər edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə İstanbul Mədəniyyət və Turizm Müdirliyi bildirib.

Müdirlik bildirib ki, iyul ayında İstanbula gələn xarici turistlərin sayı illik müqayisədə altı faiz artıb.

Şəhərə 1,82 milyon ziyarətçi hava, 49 681 nəfər isə dəniz yolu ilə gəlib.

İyul ayında İstanbula gələn xarici turistlər arasında birinci yeri 185 min 636 turistlə ruslar, ikinci yeri 135 min 568 nəfərlə almanlar, üçüncü yeri isə 105 min 41 nəfərlə səudiyyəlilər tutub.

Məlumat üçün qeyd edək ki, bu göstərici son on ilin ən yüksək göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti