...

Türkiyə XİN Qərbi Trakyada türk qəbiristanlığına hücumu pisləyib

Dünya xəbərləri Materials 4 Sentyabr 2023 03:26 (UTC +04:00)
Türkiyə XİN Qərbi Trakyada türk qəbiristanlığına hücumu pisləyib

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Qərbi Trakyada türk qəbiristanlığına hücumu pisləyib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Yunanıstan səlahiyyətlilərindən cinayətkarları tez bir zamanda yaxalayaraq məsuliyyətə cəlb etmələrini, layiq olduqları cəzanı almasını və hadisənin səbəblərini aydınlaşdırmasını gözləyirik” - deyə bəyanatda qeyd olunub.

Nazirlik qeyd edib ki, Avropada artan anti-islamizm çərçivəsində müsəlman qəbiristanlıqlarının belə hədəfə alınması ümumi bəşəri dəyərlərin müdafiəsi uğrunda mübarizənin vacibliyini nümayiş etdirir.

"Biz qonşumuz Yunanıstanı gələcəkdə oxşar hərəkətlərin qarşısını almaq və Qərbi Trakya Türk Azlığına dəstək olmaq üçün bu istiqamətdə lazımi tədbirlər görməyə çağırırıq” – deyə əlavə olunub.

Xatırladaq ki, Qərbi Trakyada Gümülcine yaxınlığındakı Narlıköydə türk qəbiristanlığına hücum edilib.

Naməlum şəxs və ya şəxslərin hücumu nəticəsində 20-yə yaxın məzar daşı zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti