...

Avropaya getmək istəyən ermənilərin sayı 50 faiz artıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 10:59 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Avropaya getmək istəyənlərin sayı 40-50 faiz artıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, COVID-19 pandemiyasından əvvəlki illərlə müqayisədə, Ermənistanda Şengen vizası üçün müraciət edənlərin sayında 40-50 faizlik artım qeydə alınıb.

Vurğulanıb ki, Ermənistanın Xarici İşlər Nazirliyi vizaların verilməsində yaranan problemi aylardır ki, həll edə bilmir.

Həmçinin, o da deyilir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlikləri qarşısında uzun növbələr yaranır və Ermənistan hökuməti bu problemi həll etməkdə aciz qalıb.

Mütəxəssislər isə bu problemin həllində Ermənistan hökumətinin cəhdlərini yersiz hesab edirlər. Onların fikrincə, əsas məsələ Ermənistanı tərk edən vətəndaşların sayının ilbəil artmasıdır. Səfirlik binalarının qarşısında uzun növbələrin başlıca səbəbi də məhz budur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti