Bakı. Trend:
İstanbulda leysan yağışları nəticəsində iki nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə İstanbul vilayətinin qubernatoru Davud Gül deyib.
"Hər kvadratmetrə təxminən 125 kq yağıntı düşüb. Başakşehir rayonunda 1 nəfər, Küçükçekmece rayonunda da 1 nəfər ölüb", - deyə D.Gül bildirib.
xxx
00:31
Türkiyənin İstanbul vilayətində yağan leysan yağışlar fəsadlar törədib.
Trend-in məlumatına görə, leysan nəticəsində bir neçə küçəni su basıb. Güclü yağışlar nəticəsində xüsusilə Başakşehir rayonuna ziyan dəyib.
Bəzi yerlərdə suyun səviyyəsi o qədər qalxıb ki, maşınları yağış suları aparıb. Yerli hakimiyyət sakinləri imkdan daxilində evdə qalmağa çağırıb.