...

Məşhur birja qurucusuna hökm oxunub (FOTO)

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 16:19 (UTC +04:00)
Məşhur birja qurucusuna hökm oxunub (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerə hökm oxunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerə Türkiyə məhkəməsi tərəfindən 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Thodex” kriptovalyuta birjasının qurucusu 30 avqust 2022-ci ildə qaçdığı Albaniyada tutulub. O, 20 aprel 2023-cü ildə İstanbula gətirilib.

Faruk Fatih Özer "təşkilat yaratmaq və idarə etmək", "xüsusi fırıldaqçılıq" və "əmlak sərvətlərinin yuyulması" ittihamları ilə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti