...

Sudanda bazara endirilən hava zərbəsi nəticəsində 43 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 03:28 (UTC +04:00)
Sudanda bazara endirilən hava zərbəsi nəticəsində 43 nəfər həlak olub

Bakı. Trend:

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmada paytaxt Xartumun cənubunda bir bazarı hədəf alan hava hücumu nəticəsində 43 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə Sudan Həkimlər Birliyi məlumat yayıb.

“Bu səhər Xartumun cənubundakı Mayo rayonunda şiddətli və qanlı toqquşmalar baş verib, onlarla adamın ölümü və yaralanması ilə nəticələnib”, - deyə açıqlamada qeyd edilir.

Qoro bazarına hava hücumu nəticəsində 43 nəfərin öldüyü, ən azı 55 nəfərin yaralandığı məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti