...

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 19:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşdə zəlzələdə ölənlərin sayı artır.

Trend xəbər verir ki, zəlzələdə ölənlərin sayı 2 681 nəfərə çatıb.

Qeyd edək ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

xxx

15:19

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Qeyd edək ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti