...

ABŞ nüvə problemi ilə bağlı Şimali Koreya ilə danışıqlara hazırdır

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 04:27 (UTC +04:00)
ABŞ nüvə problemi ilə bağlı Şimali Koreya ilə danışıqlara hazırdır

Bakı. Trend:

ABŞ administrasiyası hələ də nüvə problemi ilə bağlı Şimali Koreya ilə danışıqlara hazırdır, ancaq Pxenyanın bu cür təmaslara marağını görmür.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Bizim tərəfimizdən danışıqlar üçün qapı açıqdır”, - deyə o vurğulayıb.

Eyni zamanda qeyd edib ki, Şimali Koreyanın son illərdəki hərəkətləri onun dialoqa hazır olmadığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti