...

Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 16:23 (UTC +04:00)
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Belarusun Rusiyanın ən yaxın müttəfiqi olduğunu deyən Kreml nümayəndəsi, dövlət başçılarının mütəmadi əlaqə saxladıqlarını və fikir mübadiləsi apardıqlarını bildirib.

Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun bu il ərzindəki artıq 7-ci görüşü olacaq. Rusiya və Belarus prezidentlərinin bundan əvvəlki altı görüşü də Rusiya ərazisində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti