Bakı. Trend:
ABŞ ordusunun iki generalı "EAGLE PARTNER 2023" ABŞ-Ermənistan birgə təlimləri çərçivəsində Ermənistana gediblər.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Andersonla Avropa və Afrikada quru qoşunlarının qərargah rəisinin əməliyyat xətti üzrə müavini, briqada generalı Patrik Elis ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinlə birlikdə cümə günü təlimləri izləyiblər.
Qeyd edək ki, "EAGLE PARTNER-2023" ABŞ-Ermənistan birgə təlimləri 11-20 sentyabr tarixlərində keçirilir.