...

Polşa taxıl məsələsində Ukrayna ilə danışıqlara hazırdır

Dünya xəbərləri Materials 21 Sentyabr 2023 04:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa tərəfi taxıla tətbiq edilən embarqo ilə bağlı problemin həlli üçün Ukrayna ilə danışıqlara hazırdır.

Trend xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.

"Biz belə danışıqları gözləyirik və belə danışıqların baş tutmasına hazırıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Polşa tranzitlə bağlı Ukraynaya kömək etmək istəyir. Lakin nazir qeyd edib ki, bu, Polşa fermerlərinin hesabına olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti