Bakı. Trend:
İrəvanda Ermənistan hakimiyyətindən narazı vətəndaşların parlament binasının qarşısında etiraz aksiyası keçirilir.
Trend bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, aksiyanın təşkilatçısı "Demokratik birləşmə" Partiyasının sədri Suren Petrosyandır.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.
Ötən gecə isə Ermənistan polisi İrəvanın mərkəzində hökumət binasının qarşısında keçirilən etiraz aksiyasında 30 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 28 nəfərə qarşı cinayət işi açılıb, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.