...

Bu ölkə benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq etdi

Dünya xəbərləri Materials 21 Sentyabr 2023 15:22 (UTC +04:00)
Bu ölkə benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, müvəqqəti məhdudiyyətlər yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da öz növbəsində istehlakçılar üçün qiymətləri aşağı salacaq.

"Əvvəl yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün hökumət birjaya avtomobil benzini və dizel yanacağının tədarükü standartlarını artırıb. Həcmlərin operativ tənzimlənməsi ilə kənd təsərrüfatı istehsalçılarının ehtiyacları üçün yanacaq alışlarının monitorinqi də təşkil edilib”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti