Bakı. Trend:
Rusiyanın Vnukovo hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, Jukovski hava limanı da uçuşlar üçün bağlanıb.
Məlumata görə, hazırda Vnukovo hava limanının fəaliyyəti bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Domodedovo hava limanının müvəqqəti olaraq uçuşları qəbul etmədiyinə dair məlumat yayılıb. Hava limanında reyslərin dron təhlükəsi ilə əlaqədar təxirə salındığı bildirilib. Belə ki, hava limanında 14 reys təxirə salınıb, daha üçü ləğv edilib.