...

Hindistan almaz idxalını iki ay müddətinə dayandıracaq

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 06:23 (UTC +04:00)

Bakı. Trend:

Hindistan almaz sektoru COVID-19 pandemiyasından bəri ən sərt tədbir olan xam almaz idxalının iki aylıq dondurulmasını tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə "Rapaport" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, satınalmada fasilə oktyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Ölkənin aparıcı ticarət qurumları bu qərara almaz ticarətindəki ciddi geriləmə, ABŞ-da pərakəndə zərgərlik məmulatlarının ləng satışı, laboratoriyada yetişdirilən daşlarla rəqabətin artması və Çində iqtisadi tənəzzül fonunda gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti