Bakı. Trend:
Pakistanın cənub-şərqində artilleriya mərmisinin partlaması nəticəsində səkkiz nəfər həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Sind əyalətinin Kaşmor rayonunda uşaqlar tərəfindən tapılan mərmi evə gətirilib və mərminin evdə detonasiyası nəticəsində azı 8 nəfər ölüb.
Hazırda mərminin həmin əraziyə necə gətirilməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.