Bakı. Trend:
Türkiyə Tesla və SpaceX şirkətləri ilə əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
"Tesla 800 milyard dollarla özündən sonra gələn bir çox avtomobil markasından daha çox gəlir əldə edib. Teslanın elektrikli avtomobillərə digərlərindən daha erkən sərmayə qoyması şirkətə bu üstünlüyü qazandırıb", - deyə o əlavə edib.
Nazir Teslanın bəzi tədarükçülərinin Türkiyədən olduğunu və İlon Maskın bundan razı olduğunu da qeyd edib.
"Qarşıdakı dövrdə Türkiyənin həm regionda, həm də qlobal səviyyədə yeni beynəlxalq əməkdaşlıqlarla daha güclü olacağı bir dövrə hamımız şahid olacağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 17 sentyabr tarixində Nyu-Yorkda Tesla və SpaceX şirkətinin qurucusu İlon Mask və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.