...

Suren Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib

Dünya xəbərləri Materials 29 Sentyabr 2023 13:31 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın müdafiə naziri Suren Papikyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməyib.

Trend bu barədə erməni mediasına istinadən xəbər verir.

"Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib", - deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan deyib.

Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Xəbər lenti

Xəbər lenti