...

Vuçiç Serbiyada parlament seçkilərini keçirməyə hazır olduğunu deyib

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 00:28 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç dekabrın 17-də növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "EFE" xəbər agentliyi bildirib.

"Müxalifət seçkilərin keçirilməsini tələb edirdi, onu da alacaqlar. Hazırlansın, 79 günü qalıb. Seçkilər Belqradda (bələdiyyə seçkiləri) və bütün Serbiyada keçiriləcək", - deyə o bildirib.

Bundan əvvəl sentyabr ayında Serbiyanın beş müxalifət partiyası A.Vuçiçə seçkilərdə qalib gəlmək üçün ümumi strategiyanın hazırlanması haqqında saziş imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti