Bakı. Trend:
Dağıstanın Tsuntinski rayonunun Xutrax kəndində baş verən yanğının sahəsi 800 kvadratmetrə çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
“Hazırda 20-yə yaxın tikili yanıb. Alovun yayılmasının qarşısı alınıb, onun tam söndürməsi üçün işlər aparılır”, - idarədən bildirilib.
Yanğının səbəbi açıqlanmayıb.