Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
"İraqın şimalındakı Metine, Hakurk, Qəndil və Qara bölgələrində terrorçulara qarşı hava əməliyyatı keçirilib. Terrorçuların istifadə etdiyi mağara, bunker, sığınacaq və anbarlardan ibarət cəmi 20 hədəf məhv edilib. Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir", - deyə nazirlikdən bildirilib.