...

Bu adalarda 2,6 min insan təxliyə edilib

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 21:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Tenerife adasının (Kanar adalarının muxtar icması) ən azı 2,6 min sakini yenidən meşə yanğının baş verməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Trend xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarının məlumatında bildirilib.

Məlumata görə, avqustun 15-də Tenerifedə başlayan və avqustun 28-də nəzarət altına alınan, lakin aktiv olaraq qalan və söndürüldüyü elan edilməyən iri meşə yanğınının bir neçə bölgəsində yenidən alovlanma baş verib.

Bununla əlaqədar qabaqlayıcı tədbir olaraq 2,6 minə yaxın insanın təxliyəsi barədə qərar verilib.

Xatırladaq ki, yanğın başlayandan bəri o, 15 min hektar meşə plantasiyasını məhv edib.

Kanar adaları hökumətinin başçısı Fernando Klavixo Tenerifedəki meşə yanğınını son 40 ilin ən ciddi yanğını adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti