Bakı. Trend:
İtaliyanın Maliyyə Qvardiyası Siciliyada mafiya qruplaşmasının 98 milyon avro dəyərində aktivlərini və əmlakını müsadirə edib.
Trend xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanı məlumat yayıb.
Məlumata görə, əməliyyat Siciliyanın müxtəlif əyalətlərində, Lombardiya bölgəsində, Veneto və Lazioda aparılıb.
Aktivlərin Siciliyanın Kataniya əyalətindən 2021-ci ildən həbsdə olan Siverino soyadlı ata və oğula məxsus olduğu deyilir. Mafiya fəaliyyətində ittiham oluna ata və oğulun işi məhkəməyə verilib.
Onların 70 daşınmaz əmlakı, 1,7 milyon avro dəyərində nağd pulu, dəyəri 250 min avrodan yuxarı olan zinət əşyaları, o cümlədən 16 milyon avro dəyərində bank, maliyyə, şəxsi və korporativ aktivləri müsadirə olunub.