...

Ukrayna və Xorvatiya minatəmizləmə sahəsində saziş imzalayıblar

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 04:26 (UTC +04:00)
Ukrayna və Xorvatiya minatəmizləmə sahəsində saziş imzalayıblar

Bakı. Trend:

Ukraynanın Baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko Xorvatiyanın daxili işlər naziri Davor Bozinoviç ilə minalardan təmizləmə sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna İqtisadiyyat nazirliyinin mətbuat xidməti bildirib.

"Ukrayna və Xorvatiya minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar", - deyə qeyd olunub.

Sənəd Zaqrebdə Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı ilə imzalanıb. Müqavilə əsasən, xüsusilə, mütəxəssislərin hazırlanmasını, minatəmizləmə avadanlığının istehsalı üzrə imkanların inkişaf etdirilməsi və axtarış itlərinin öyrədilməsi sahəsində təcrübə mübadiləsini, əhalinin partlayıcı obyektlərlə bağlı risklərə öyrədilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti