...

Bu ölkə Ukraynaya zenit raket kompleksi göndərib

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 12:28 (UTC +04:00)
Bu ölkə Ukraynaya zenit raket kompleksi göndərib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Ukraynaya döyüş sursatları və "Hawk" zenit raket kompleksi göndərib.

Trend xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak məlumat yayıb.

Yermak "Hawk" zenit raket kompleksinə, eləcə də 155 və 105 kalibrli döyüş sursatlarına görə ispaniyalı müttəfiqlərinə təşəkkür edib.

Qeyd edək ki, oktyabrın 11-də İspaniyanın müdafiə naziri vəzifəsini icra edən Marqarita Robles Ukraynaya artilleriya və irikalibrli pulemyotlar göndərəcəkləri barədə məlumat verib.

Bundan başqa, Robles 6 ədəd "Hawk" zenit raket qurğusunun ABŞ batareyasına inteqrə olunacağını bildirib. Gələn aydan ukraynalı operator və mütəxəssislər İspaniyada "Hawk" texniki qulluq üzrə təlim alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti