...

“StarLink” bu ölkədə fəaliyyətini genişləndirəcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 17:18 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“StarLink” Qazaxıstanda ucqar kəndlərin peyk interneti ilə təmin olunması layihəsi çərçivəsində fəaliyyətini genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, “SpaceX” şirkətinin “StarLink” məsələləri üzrə vitse-prezidenti Loren Dreyer “Digital Bridge” forumunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə deyib.

Kasım-Jomart Tokayev “SpaceX” şirkətini kosmik telekommunikasiyalar sahəsində dünya liderlərindən biri adlandırıb. Dövlət başçısının sözlərinə görə, “SpaceX”in nailiyyətləri yüksək texnologiyaların inkişafını stimullaşdırmaq üçün strateji alətə çevrilib. Qazaxıstan bu şirkəti qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində etibarlı tərəfdaş kimi nəzərdən keçirir.

Loren Dreyer öz növbəsində, “StarLink”in Qazaxıstanda fəaliyyətini genişləndirmək istiqamətində planlarından danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti