...

Türk Qızıl Aypara Cəmiyyəti Qəzzaya yanacaq dəstəyi göstərəcək

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 10:57 (UTC +04:00)
Türk Qızıl Aypara Cəmiyyəti Qəzzaya yanacaq dəstəyi göstərəcək

Bakı. Trend:

Türk Qızıl Ayparası Qəzzada bütün xəstəxana və təcili yardım maşınlarının 30 günlük ehtiyacını qarşılaya biləcək Fələstin Qızıl Aypara Cəmiyyətinə 400 min litr yanacaq dəstəyi verəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Fələstin Qızıl Ayparasına yanacaq dəstəyindən əlavə olaraq 600 min dollar dəstək veriləcək.

Məlumat üçün qeyd edək ki, Qızıl Aypara tamamilə tibbi ləvazimat daşıyacaq 4-cü təyyarə üçün materialların tədarükünü davam etdirir.

Misirdəki Türk Qızıl Aypara komandası yerli olaraq verilən və Türkiyədən gətirilən humanitar yardımların koordinasiyası və Qəzzaya göndərilməsi üçün Misir Qızıl Aypara ilə birlikdə işləməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti