...

Ermənistan kimi aldadır? - Rəsmi İrəvan ikitirəliyindən ƏL ÇƏKMİR

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 15:45 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh sazişi üzrə danışıqları davam etdirməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli ilə birgə mətbuat konfransında deyib.

"Biz, həmçinin, tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərlik və qarşılıqlıq prinsipi əsasında regional kommunikasiyaların açılmasında maraqlıyıq", - deyə Mirzoyan əlavə edib.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin bu açıqlamaları Ermənistan hökumətinin bu yaxında Fransadan silah almasına dair xəbərlərin fonunda təəccüb doğurur. Belə ki, Fransa Ermənistana silah satacağını bəyan edib və oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastian Lökornünün dəvəti ilə Fransaya səfər edib. Fransalı nazir Ermənistana konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib.

Xəbər lenti

Xəbər lenti