...

Ermənistan DİN Qarabağdan gələn erməniləri silahlarını təhvil verməyə çağırdı

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 17:52 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələn erməniləri silahlarını təhvil verməyə çağırıb.

Trend xəbər verir ki, erməni nazir bu barədə parlamentdə çıxışında deyib.

Qazaryan Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və hərbi sursat daşındığını deyib.

Qazaryanın sözlərinə görə, silahlarını könüllü təhvil verənlər var. Üç gün ərzində 4 avtomatın və üç hamar lüləli odlu silahın təhvil verildiyini deyən erməni nazir konkret hansı müddətdən söhbət getdiyini açıqlamayıb.

Vahe Qazaryan hüquq-mühafizə orqanlarının mütəmadi olaraq vətəndaşlarla izahat işləri apardığını, onları silahlarını könüllü təhvil verməyə çağırdığını bildirib.

Xəbər lenti

Xəbər lenti