Bakı. Trend:
Çinin Dövlət Şurasının keçmiş baş naziri Li Ketsyan cümə 68 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Məlumata əsasən, Li Ketsyan 2013-2023-cü illərdə Çin hökumətinə rəhbərlik edib. Ölümü zamanı o, Şanxayda istirahətdə idi.
Ölümün səbəbinin ürək tutması olduğu bildirilib.