Bakı. Trend:
İsrail ABŞ-dən raketdən müdafiə sistemi aldıqdan sonra Qəzzada quru əməliyyatına başlamağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail Qəzzada quru əməliyyatına başlamazdan əvvəl ABŞ-dən daha çox raketdən müdafiə sistemi almağı planlaşdırır.
Qəzetin digər mənbələri isə İsrail rəhbərliyinin əməliyyata başlamazdən əvvəl Qəzza zolağında silah qaçaqmalçılığının bütün kanallarını maksimum dərəcədə bağlamaq istədiyini bildirir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.