...

İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədilə Qəzza zolağına daxil olub - Netanyahu

Dünya xəbərləri Materials 28 Oktyabr 2023 23:28 (UTC +04:00)
İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədilə Qəzza zolağına daxil olub - Netanyahu

Bakı. Trend:

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü girovları azad etmək məqsədilə Qəzza zolağına daxil olub.

Trend-in məlumatına görə, bunu xalqa müraciətində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq", - Baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti