...

Yanvar-sentyabr aylarında İranın Türkiyədən avtomobil sənayesi məhsulları idxalının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2023 16:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında İrana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 122,3 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Sentyabr ayında Türkiyədən İrana avtomobil sənayesi məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 31,8 faiz azalaraq, 12,1 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 25,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 34,3 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti