...

Dağıstanda DİN rəhbərinin müavini saxlanılıb

Dünya xəbərləri Materials 7 Noyabr 2023 13:38 (UTC +04:00)
Dağıstanda DİN rəhbərinin müavini saxlanılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstan daxili işlər nazirinin müavini Rüfət İsmayılov saxlanılıb.

Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Məlumata görə, evində və iş yerində axtarış aparılan nazir müavininin saxlanılma səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Rüfət İsmayılov 4 dekabr 2019-cu il tarixində Dağıstanın daxili işlər nazirinin müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl Dərbənd Şəhər Daxili İşlər İdarəsində İstintaq İşi üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti