...

Aİ düşdüyü strateji çətinlikdən qurtulmaq ümidini tədricən itirir - Ərdoğan

Dünya xəbərləri Materials 10 Noyabr 2023 17:13 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı ilə münasibətlərdə heç bir irəliləyiş əldə edə bilməməyimizə səbəb bəzi üzv ölkələrin Türkiyəyə qarşı açıq-aşkar düşmən münasibət bəsləmələridir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Avropa İttifaqı düşdüyü strateji çətinlikdən qurtulmaq ümidini tədricən itirir. Türkiyə BMT kürsüsündən dəfələrlə bəyan edib ki, qlobal idarəetmə və təhlükəsizlik sistemində islahatlara ehtiyac var. Bu çağırışımızın getdikcə daha çox məna kəsb etdiyini görürük. Bilirik ki, iqtisadiyyatda əldə etdiyimiz böyük uğurlar hesabına son dövrlərdə baş verən qlobal böhranlar ölkəmizə çox təsir etməyib. Növbəti ildən investisiya, məşğulluq, istehsal, ixracdan əldə etdiyimiz uğurlar nəticəsində ölkəmizi inkişaf etdirməyə davam edəcəyik", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti