...

Azərbaycanlı bloger Rusiyaya ekstradisiya olundu

Dünya xəbərləri Materials 15 Noyabr 2023 17:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Rusiya Federasiyasının Baş Prokurorluğunun tələbi üzrə azərbaycanlı gənc bloger və "Jizn brodyaqi" "Telegram" kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunub ki, 18 yaşlı bloger Rusiyada bir neçə maddə ilə, o cümlədən nifrət və ədavəti qızışdırmaqda cinayətə cəlb olunacaq. Belə ki, Tural Məmmədov Rusiyada digər gənclərlə birləşərək qəsdən yoldan ötənlərlə münaqişə yaradaraq onları döyüb və daha sonra həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb.

İstintaq çərçivəsində 14-18 yaş arası 10-dan çox gənc saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti