...

Bayden Si Cinpin ilə görüşüb

Dünya xəbərləri Materials 16 Noyabr 2023 01:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Çinin sədri Si Cinpin ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, onlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçirildiyi San-Fransisko şəhərində görüşüblər.

ABŞ və Çinin başçıları əl sıxıblar. Bundan sonra C.Bayden həmkarına şəxsi görüşlər keçirməkdən başqa alternativ yol görmədiyini deyib.

C.Bayden və Si Cinpin Tayvanın statusunu, Ukrayna və Yaxın Şərqdəki münaqişələri, eləcə də ölkələrin ticarət əlaqələrini, iqlim dəyişikliyi və süni intellektlə bağlı sazişi müzakirə edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti