Bakı. Trend:
İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zərər çəkən və dağıntılar barədə məlumat verilməyib.