Bakı. Trend:
2024-cü il Avropa çempionatının seçmə mərhələsinin son oyununda səfərdə Uelslə oyunu 1:1 hesabı ilə heç-heçə edən Türkiyə yığmasının təyyarəsi geri dönüşdə Almaniyanın Münhen şəhərinə təcili eniş etməli olub.
Trend Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarənin təcili eniş etməsinə səbəb Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhətinin pisləşməsi olub.
Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və Vinçentso Montellanın Emanuelin ətraflı müayinəsi üçün yığmanın həkimi ilə birgə təyyarəni tərk etdiyi qeyd olunub.