Bakı. Trend:
Şimali Makedoniyada Rusiyadan uçuşlara qoyulan qadağan ləğv ediləcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ölkədə ATƏT-in xarici işlər nazirlərinin görüşü keçiriləcək. Tədbirdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da iştirakı gözlənilir. Rusiya üçün açıq səma 29 noyabrdan dekabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani rusiyalı həmkarına dəvətin ötən həftə göndərildiyini bəyan etmişdi.