...

Ermənistanda MTX direktoru və müavinləri baş nazir təyin edəcək

Dünya xəbərləri Materials 30 Noyabr 2023 13:03 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda təklif olunan yeni qanun layihəsinə görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinləri artıq prezident deyil, baş nazir tərəfindən vəzifəyə təyin olunacaq və azad olunacaq.

Trend xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.

Sözügedən qanun layihəsinin Ermənistanın Milli Yığıncağında müzakirə olunması təklif edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti