...

İtaliyada koronavirusa yoluxma halları artıb

Dünya xəbərləri Materials 1 Dekabr 2023 00:58 (UTC +04:00)
İtaliyada koronavirusa yoluxma halları artıb

Bakı. Trend:

İtaliyada COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqdadır.

Trend xəbər verir ki, koronavirusun “Omikron” ştamının alt variantı olan EG.5 (digər adı “Eris”) İtaliyada sürətlə yayılır. Hazırda ölkədə bu virusa yoluxma 52 faiz səviyyəsindədir. İtaliyada COVID-in BA.2.86 “Pirola” ştamı yüksəliş trendində “Eris”i izləyir.

COVID-19 mutasiyaya uğrayaraq əvvəlkilərdən daha təhlükəli “Eris” və “Pirola” kimi yeni ştamların yaranmasına səbəb olub.

Həkimlər bildirir ki, “Eris” İtaliyada ən çox yayılmış COVID variantıdır. Xəstəliyin yayılma səbəblərindən biri havaların soyumasıdır. Yoluxma hallarının artması xroniki xəstələrə ölümcül təsir göstərə bilər. Əhaliyə qoruyucu maskadan istifadə etmək tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti