...

Parisdə miqrantlar olimpiya stadionu ilə bağlı etiraz aksiyasına çıxıblar

Dünya xəbərləri Materials 2 Dekabr 2023 04:43 (UTC +04:00)
Parisdə miqrantlar olimpiya stadionu ilə bağlı etiraz aksiyasına çıxıblar

Bakı. Trend:

Paris ətrafında 2024-cü il Olmpiya Oyunlarının yarışlarını qəbul edəcək olimpiya stadionunun tikintisində iştirak edən qeyri-leqal miqrantlar etiraz aksiyasına çıxıblar.

Trend-in məlumatına görə, bu barədə actu.fr portalı məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları ölkədəki işçilərin hüquqlarının tanınmasını və onlara müvafiq işçi sənədlərinin verilməsini tələb ediblər.

Evsizlərin hüquqlarını müdafiə edən assosiasiyalar tərəfindən təşkil edilən etiraz aksiyasının iştirakçıları inşa edilən obyektin qapalı ərazisinə daxil olaraq qanunsuz fəhləlik edənləri dəstəkləyən şüarlar səsləndiriblər. Onlar ölkədəki işçilərin hüquqlarının tanınmasını və onlara müvafiq işçi sənədlərinin verilməsini tələb ediblər. “Sənəd yoxdursa, Olimpiya oyunları da olmayacaq!” – şüarlardan birində belə deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti