Bakı. Trend:
İtaliyada son bir ay ərzində COVID-19 səbəbindən 881 ölüm faktı qeydə alınıb.
Trend xəbər verir ki, Gimbe Fondunun məlumatına görə, ötən üç həftədə ölkədə COVID-19 infeksiyasına yoluxma halları 94 faiz, xəstəxanaya müraciət edənlərin sayı isə 58 faiz artıb.
Koronavirus qurbanları əsasən yaşı 80-dən yuxarı olan şəxslərdir.
Virusa həftəlik yoluxma sayı isə 100 min nəfərə yüksəlib.