...

İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək istəyir

Dünya xəbərləri Materials 9 Dekabr 2023 04:12 (UTC +04:00)
İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək istəyir

Bakı. Trend:

İsveçrə süni intellekt sahəsində dünya liderinə çevrilmək niyyətindədir. Bu məqsədlə ölkənin aparıcı ali məktəbləri “İsveçrə süni intellekti” adlı təşəbbüs həyata keçirməyə başlayıblar. Adıçəkilən təşəbbüs çərçivəsində “ChatGPT” kimi yeni “böyük dil modelləri” (LLM) işlənib hazırlanacaq və ali məktəblərdə təlim keçiləcək.

Trend-in məlumatına görə, bununla yanaşı, layihənin əsas məqsədi baza alqoritmlərinin yüksək şəffaflıq dərəcəsinə nail olunmasıdır.

“Hər kəsə aydın olmalıdır ki, bu modellər necə və hansı məlumatlar əsasında öyrənilib, yekunda əldə etdiyimiz nəticələrə necə nail olunub”, - deyə tədris işləri üzrə prorektor Yan Hesthaven vurğulayıb. “Swiss AI” təşəbbüsü çərçivəsində Sürix və Lozannanın ali məktəbləri 12-dək İsveçrə universiteti və institutunun artıq əldə etdikləri təcrübəni cəmləşdirmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti