...

İsrail Müdafiə Qüvvələrinin polkovniki Qəzzada həlak olub (FOTO)

Dünya xəbərləri Materials 13 Dekabr 2023 16:25 (UTC +04:00)
İsrail Müdafiə Qüvvələrinin polkovniki Qəzzada həlak olub (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında ölüb.

Trend bu barədə İsrail KİV-inə istinadən xəbər verir.

Məlumata görə, bunlardan biri "Qolani" briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshak Ben-Basat da olub.

Polkovnik İshak Ben-Basatın İsrail ordusunun Qəzza zolağında həlak olan dördüncü polkovniki olduğu qeyd edilib.

Həlak olan digər hərbçi isə "Qolani" briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Aloni olub.

Bununla, 7 oktyabrdan etibarən həlak olan İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti